"Antalyaspor" "Fənərbağça"nın futbolçusunu istəyir

Yeni mövsümün transfer şalışmalarına başlayan "Antalyaspor" "Fənərbağça"nın futbolçusu Emre Moru hədəfləyib.

Sportline.az xəbər verir ki, antalyalılar yay transfer dönəmində bu keçidi həll etmək niyyətindədirlər.

Fanatik.com.tr-nin yaydığı məlumata görə, baş məşqçi Aleks de Souza bu futbolçunu sərəncamında görmək istəyir.

Son mövsümün ilk yarısını "Fənərbağça"da, digər hissəsini isə icarə əsasında "Fatih Karagümrük"də keçirən Emrenin də bu keçidə isti yanaşdığı bildirilir.

Qeyd edək ki, 26 yaşlı futbolçu son mövsümdə 21 oyunda 1 qol, 4 asistlə yadda qalıb.