Antonio Espinos: "Bakıda Premyer Liqa yarışının yaxşı təşkil olunacağına inanırıq"

"Azərbaycan Milli Karate Federasiyasına təşəkkür edirəm ki, Premyer Liqa yarışına ev sahibliyi edəcək".

Sportline.az xəbər verir ki, bunu Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinos deyib.

İspaniyalı mütəxəssis bildirib ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova təşəkkür edib: "Bu yarışın Bakıda keçirilməsinə razılıq verildi. Bizə zəmanət verilib. Biz də bu yarışın yaxşı təşkil olunacağına inanırıq. İlin 4-cü Premyer Liqa yarışı Bakıda olacaq. İdmançılar 12 kateqoriya üzrə yarışacaq və 34 idmançı medal qazanmaq şansı əldə edəcəklər. Yarışın təşkili üçün canlı yayım da təşkil olunacaq".

Qeyd edək ki, Premyer Liqa yarışı Bakıda 2-4 sentyabr tarixlərində keçiriləcək. 3 gün ərzində təşkil olunacaq yarış Heydər Əliyev İdman-Konsert Kompleksində baş tutacaq.