Anxelinyo İtaliya klubu ilə razılaşdı

"Qalatasaray"ın icarə əsasında transfer etdiyi ispaniyalı futbolçu Anxelinyo İtaliya klubu ilə razılıq əldə edib.

Sportline.az idman jurnalisti Fabritsiyo Romanonun instaqram sosail şəbəkəsindəki paylaşımına istinadla xəbər verir ki, cinah müdafiəçisi karyerasını "Roma"da davam etdirəcək.

İtaliya klubu "Leyptsiq"lə razılıq əldə etdiyini və ən qısa zamanda keçidi gerçəklədirəcəklərini bildirib. 

Qeyd edək ki, Anxelinyo "Qalatasaray" klubu ilə çıxdığı 19 matçda 1 qol, 1 asistlə yadda qalıb.