Arazın komandası mərhələ adladı

Türkiyə kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.
 
Sportline.az xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Boluspor” bu mərhələdə doğma meydanda “Kahramanmaraşspor”la qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn “Boluspor” növbəti mərhələyə yüksəlib.
 
Araz bu görüşün iştirakçısı olmayıb.

Qeyd edək ki, "Boluspor"da 8 futbolçuda koronavirus aşkarlanıb. Həmin oyunçulardan birinin A.Abdullav olması mümkündür.