Arda Güler Almaniya çempionuna keçə bilər
İspaniya nəhəngi “Real”ın futbolçusu Arda Güler karyerasını Almaniyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, “Bayer” türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "Bild" qəzeti məlumat yayıb.
Leverkuzen klubu qış fasiləsində 19 yaşlı futbolçunu heyətinə qatmağı düşünür.
“Real” Arda Güleri buraxmaq niyyətində deyil. Klub azı mövsümün sonuna kimi onun durumunu izləmək istəyir.
Qeyd edək ki, Arda bu mövsüm çıxış etdiyi 17 oyunda 1 qolla yadda qalıb.