Arda Gülər Karlo Ançelottiyə qəzəblənib
Türkiyəli gənc futbolçu Arda Gülər "Almeriya" ilə matçda komandanın baş məşqçisi Karlo Ançelottiyə qəzəblənib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, gənc ulduz matç zamanı meydanın kənarında isinmə hərəkətləri etsə də oyuna buraxılmadığı üçün stadionu tərk edib. Karlo Ançelotti isə bu addımı 0-2 hesabı ilə geri olduqları üçün atdığını deyib.
Qeyd edək ki, "Real Madrid" 5 oyunçu dəyişikliyinin hər birini istifadə etdiyi üçün Arda Gülər oyuna buraxılmayıb.