Arda Gülər "Real Madrid"dən ayrılmayacaq
"Real Madird" klubunun gənc futbolçusu Arda Gülər komandadan ayrılmayacaq.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçisi açıqlamasında :"Mən buraya ayrılmaq üçün gəlməmişəm. Nə zaman klub rəhbərliyi göndərmək istəsə o zaman ayrılaram. Amma uzun illər burada qalacağam",-deyib.
Qeyd edək ki, Arda Gülər ötən gecə keçirilən "Real Madrid" "Selta Viqo" görüşündə ilk qolunu vurub.