Arda Turan koronavirusa yoluxdu
“Qalatasaray”ın 3 futbolçusu koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Sözügedən oyunçuların adları açıqlanmayıb. Lakin onların artıq karantinə alındığı bildirilib.
Qeyd edək ki, bundan əvvəl İstanbul təmsilçisinin 2 futbolçusunda da COVİD-19 aşkarlanmışdı.
COVİD-19-a yoluxanlar arasında Arda Turan da var. Bu haqda futbolçu özü sosial şəbəkə hesabında bildirib.