Arda Turan milli karyerasını başa vurur

"Barselona"nın türkiyəli ulduzu Arda Turan millidəki karyerasını başa vurmağa hazırlaşır. SportLine.az xəbər verir ki, bu barədə "Fanatik" qəzeti məlumat yayıb.

İddialara görə, 29 yaşlı futbolçu Ukrayna və İslandiya ilə görüşlərə dəvət almadığı üçün bu qərarı verib. 

Xatırladaq ki, F.Terimlə Arda Turan arasında münaqişə “Avro-2016”da mükafat məsələsinə görə yaranıb. Bundan sonra “Barselona”lı futbolçu yaxşı oyun göstərməsinə baxmayaraq milliyə dəvət edilməyib. Fatih Terim Ardaya xitabən “Türk xalqından üzr istəmələri” lazımdır fikrinə Arda qatıldığı bir televiziya verilişində “Mən üzr istəniləcək bir şey etməmişəm” cavabını verib.