"Arsenal" bu futbolçuya görə 68 milyon avro ödəməyə hazırdır

"Arsenal"ın "Kristal Pelas"ın futbolçusu Ebereçi Eze üçün 68 milyon avro təklif edib.

Sportline.az xəbər verir ki, bu haqda "Sun Sport" nəşri məlumat yayıb.

26 yaşlı futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Eze ilə "Tottenhem"də yaxından maraqlanır.

İngiltərəli futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 43 matçda 14 qol 11 məhsuldar ötürmə müəllifi olub.