“Arsenal” Niko Uilyams üçün yenidən hərəkətə keçdi

İngiltərənin “Arsenal” klubu “Atletik Bilbao”nun cinah oyunçusu Niko Uilyamsın transferi ilə bağlı yenidən fəallaşıb.

Sportline.az “Team Talk" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 23 yaşlı ispaniyalı futbolçunun nümayəndələri ilə təzə təmas qurub. “Topçular”ın bu addımı Morqan Rocers və Bredli Barkola transferlərində yaşanan uğursuzluqlardan sonra atdığı bildirilir. 

Məlumata görə, Uilyamsın müqaviləsində təxminən 90 milyon avroluq sərbəstqalma maddəsi yer alır. Futbolçunun karyerasını Premyer Liqada davam etdirməyə müsbət yanaşdığı da vurğulanır.

Banner