“Arsenal” Salibanın yoxluğunu Stouns ilə doldurmağı düşünür

“Arsenal” müdafiəçisi Vilyam Salibanın zədəsi səbəbindən müdafiə xəttini gücləndirmək üçün sərbəst agent Con Stonsun transferini nəzərdən keçirir.

Sportline.az “The Sun Football” nəşrinə istinadən xəbər verir ki, bel nahiyəsindəki problemə görə Saliba beş aya qədər yaşıl meydanlardan uzaq qala bilər.

Bu səbəbdən London klubu müdafiədə alternativ variantları dəyərləndirir.

Hazırda “Mançester Siti”dən ayrıldıqdan sonra sərbəst agent statusunda olan Con Stonsun, vaxtilə “şəhərlilər”də köməkçi məşqçi kimi çalışmış Mikel Arteta ilə yenidən birlikdə işləməsi mümkün görünür.

Banner