"Arsenal"dan 90 milyonluq təklif
"Arsenal" Deklan Raysın transferində israrlıdır.
Sportline.az Sky Sports nəşrinə istinadla xəbər verir ki, "topçular" "Vest Hem"in futbolçusu üçün 90 milyon funt sterlinqdən keçməyə hazırdırlar.
"Vest Hem"in 80 milyon funt təklifini qəbul etmədiyi bildirilirdi.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi son mövsümdə meydana çıxdığı 37 oyunda 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.