"Arsenal"dan "Kəpəz"ə

“Kəpəz” heyətini yeni legionerlə gücləndirməyə hazırlaşır.

Sportline.az Futbolpress.az saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi azad agent olan belaruslu Yeqor Xvalko ilə anlaşıb. 25 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.

Son klubu Zerjinsk “Arsenal”ı olan Yeqor ancaq ölkəsində çıxış edib. O, daha əvvəl “Neman” və “Dnyapro Moqilev” komandalarında forma geyinib.

Müdafiəçi Belarusun U-21 yığmasında 8 matça çıxıb.