Asensionun "Fənərbağça"ya transferi gündəmdədir
Ötən mövsümü "Aston Villa"da icarə əsasında keçirən ispaniyalı futbolçu Marko Asensio "Fənərbağça"nın transfer hədəfinə çevrilib.
Sportline.az xəbər verir ki, bu haqda insayder Yağız Sabuncuoğlu öz "X" hesabında paylaşım edib.
29 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 20 milyon avrodur.
Qeyd edək ki, Asensio müqavilə əsasında "Paris Sen-Jermen" klubuna məxsusdur.
O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 37 matçda 10 qol 5 məhsuldar ötürmə müəllifi olub.