Asiya kubokunda sensasiya

Asiya kubokunun 2-ci turunda keçirilən İraq-Yaponiya görüşündə sensasiya baş verib.

Əl Rayyanda  yerləşən “Education City Stadion”unda keçirilən qarşılaşmada İraq rəqibinə 2-1 hesabı ilə qalib gəlib.

İkinci görüşdən də qələbə ilə ayrılan Körfəz ölkə təmsilçisi 6 xalla qrupa başçılıq edir.Yaponiya 3 xalla ikincidir.

Qeyd edək ki, qrupun digər oyunu bugün Vyetnam ilə İndoneziya arasında baş tutacaq.Hər iki komandanın qrupda xalı yoxdur.