"Aston Villa" azarkeşlər italiyalı futbolçunu klubda istəmirlər

"Aston Villa" azarkeşlər italiyalı futbolçunu klubda istəmirlər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Qalatasaray"dan icarə əsasında İngiltərə klubuna transfer olunan Nikolo Zaniolo azarkeşlərin tənqidinə məruz qalıb. 

"Aston Villa" klubu "Tottenhem"lə görüşdə 0-4 hesabı ilə məğlub olduqdan sonra azarkeşlər Nikolo Zanioloya :"Buradan get. Sən bizə lazım deyilsən",-deyiblər.

Qeyd edək ki, Nikolo Zaniolo mövsüm sonunda "Qalatasaray"a dönəcək.