"Atalanta" ÇL-ə vəsiqə uğrunda mübarizəsini davam etdirir

İtaliya çempionatında 34-cü tur yekunlaşıb.

Sportline.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparan “Atalanta” “Udineze”ni qəbul edib.

Meydan sahibləri görüşə daha fəal başlayıblar. Qonaqların inamlı müdafiəsi sayəsində fasiləyədək hesab açılmayıb. İkinci hissədə hücumlarını daha da gücləndirən Berqamo komandası istəyinə 82-ci dəqiqədə çatıb. Marten de Ron sükutu pozub.

Cəmi 3 dəqiqə sonra qonaqlar yenidən mərkəzə dəvət olunublar. Bu dəfə Mario Paşaliç fərqlənib. 2-0. Qələbə qazanan “Atalanta” 59 xalla 4-cüdür. “Udineze” isə 33 xalla autsayderlər qrupunun bir addımlığındadır.