"Atalanta"nın daha bir futbolçusu "Atletiko"ya keçəcək
"Atalanta"nın yarımmüdafiəçisi Ederson karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Sportline.az xəbər verir ki, "Atletiko" 26 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Bu haqda "Football İtalia" nəşri məlumat yayıb.
Qeyd edək ki, Edersonun dəyəri 40 milyon avrodur.