"Atletiko" "Benfika" qarşısına belə çıxacaq
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində daha 9 oyun olacaq.
Sportline.az xəbər verir ki, gecənin diqqət çəkən görüşlərindən birində “Benika” “Atletiko Madrid”lə qarşılacaq.
Lissabonlular meydana demək olar ki, optimal heyətlə çıxacaqlar. “Benfika”da əsas itki Renato Sançesin adı ilə bağlıdır.
“Atletiko”da isə, Sezar Azpilikueta və Pablo Borriors zədə səbəbindən kənarda qalıb.
Görüşün ədalət təmsilçisi Niderlandlı hakim Serdar Gözübüyük olacaq.
Matçın start fiti Bakı vaxtı ilə saat 23-də səslənəcək.