"Atletiko Bilbao" - "Reyncers": Düşərgələrdəki son durum

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, “Atletik Bilbao” “San Mames”də “Qlazqo Reyncers”lə münasibətlərini aydınlaşdıracaq. Şotlandiyada keçirilən ilk oyunda qapılar toxunulmaz qalmışdı.

“Bilbao”nun yeganə itkisi Yuri Berçiçi sayılır. “Reyncers”də isə Duyon Sterlinq, Nerayşo Kasanviryo zədə, Robin Propper isə cəza səbəbindən matçda iştirak edə bilməyəcək.

Görüşün ədalət təmsilçisi bosniyalı İrfan Pelito olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.