"Atletiko Madrid" hücum xəttini gücləndirmək qərarına gəlib

"Atletiko Madrid" klubu hücum xətti üçün italiyalı hücumçunu transfer etçək istəyir. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, İspaniya klubu "Yuventus"da çıxış edən 23 yaşlı hücumçu  Moyze Kin üçün təklif hazırlayıb. 

İdman jurnalisiti Fabritsyo Romanu "Atletiko Madrid"in hazırda italiyalı hücumçuyla maraqlandığı üçün Kallum Uilsonun keçidiylə bağlı danışıqları dayandırıb. 

Qeyd edək ki, "Atletiko Madrid" "Yuventus"la futbolçunun keçidi ilə bağlı razılıq əldə edib.