"Atletiko"dan yeni həmlə

"Atletiko Madrid" "Atalanta"nın futbolçusu Edersonu heyətinə cəlb etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İtalia" nəşri məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 33 matçda 2 qol, 1 asistlə yadda qalıb.

Qeyd edək ki, Edersonun dəyəri "Transfermarkt" portalına görə, 40 milyon avrodur.