"Atletiko"nun "Lill"dən üstünlüyü

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin daha bir oyunu Madriddə keçiriləcək.

Sportline.az xəbər verir ki, Çempionlar Liqasında qeyri-sabit çıxış edən “Atletiko Madrid” evdə “Lill” ilə qarşılaşacaq.

Diyeqo Simeonenin komandasında əsas itki Pablo Barrios, Sezar Azpilikueta, Robin Le Norman  və Markos Lorentenin adı ilə bağlıdır.

“Lill”də isə itkilərin sayı kifayət qədərdir. İsmayili, Mitçel Bekker, Samuel Umtiti, Tiaqo Santos, Etan Mbappe, Hakon Haraldsson və Nabil Bentaleb zədədən əziyət çəkir.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.