"Avro-2016"nın mükafat fondu açıqlandı
Gələn il Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının mükafat fondu açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mükafat fondu 301 milyon avro təşkil edəcək.
"Avro-2016"da çıxış edəcək hər komandaya 8 milyon avro ödəniləcək. Qrup mərhələsindəki qələbə komandalara 1 milyon, heç-heçə isə 500 min avro qazandıracaq.
1/8 finala yüksələn iştirakçıların hesabına daha 1.5 milyon avro əlavə olunacaq. 1/4 finalçılar 2.5, yarımfinalçılar 4 milyon avro əldə edəcəklər.
Turnirin qalibi mükafatını 8 milyon avro da zənginləşdirəcək. Həlledici görüşdə məğlub olan komanda isə 5 milyon avro ilə təsəlli tapacaq.