AVRO-2024: Bu gün ikinci finalçının adına aydınlıq gələcək

Almaniyada təşkil olunan Avropa çempionatında bu gün ikinci finalçının adına aydınlıq gələcək.

Sportline.az xəbər verir ki, yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə komandaları münasibətləri aydınlaşdıracaqlar.

İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını mübarizədən kənarlaşdırıb.

Bakı vaxtı ilə saat 23:00-da Dortmund şəhərindəki "Siqnal İduna Park" stadionunda start götürəcək görüşü almaniyalı referi Feliks Şvayer idarə edəcək.

AVRO-2024

Yarımfinal

10 iyul

23:00. Niderland - İngiltərə

Baş hakim: Feliks Şvayer (Almaniya).

Dortmund, "Siqnal İduna Park".

Qeyd edək ki, yarımfinalın ilk görüşündə Fransa millisini 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.