Avropa çempionatı: Azərbaycanın 2 boksçusu medalı təmin edib

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin 2 üzvü yarımfinala vəsiqə qazanıb.

Sportline.az xəbər verir ki, Nicat Hüseynov (51 kq) 1/4 finalda şimali makedoniyalı Şehabi Hadini 5:0 (30:27, 30:25, 30:26, 30:24, 30:26) hesabı ilə məğlub edib. Bu qələbədən sonra özü üçün ən azı bürünc medalı təmin edən Hüseynov yarımfinalda rusiyalı Ruslan Pirovla döyüşəcək.

Kamil Babayev (54 kq) isə belaruslu Vladislav Smalovskini 3:2 (28:29, 29:28, 29:28, 27:30, 29:28) üstələyərək, həm yarımfinala vəsiqə qazanıb, həm də özü üçün ən azı bürünc medalı təmin edib. Babayev finala gedən yolda gürcüstanlı Giorgi Sajayanı sınağa çəkəcək.

Əvəzində Tural Sarıyev (48 kq) 1/4 finalda rusiyalı Nikita Poluxinə, Fətəli İsmayılov (86 kq) litvalı Narunas Qrebnevasa (Litva) və Rəşid Məmmədov (92 kq) israilli Manuçar Krihelə uduzaraq, mübarizəni dayandırıblar.

Qeyd edək ki, yarımfinal görüşləri bu gün keçiriləcək.