Avropa çempionatı: Millimiz Moldovanı da məğlub edib yarımfinala çıxdı

Basketbol üzrə U-18 milli komandamız Avropa Çempionatının yarımfinalındadır.

Sportline.az xəbər verir ki, San Marinoda gənclər arasında təşkil olunmuş Avropa Çempionatının "C" divizionunda U-18 milli komandamız B qrupunda sonuncu görüşünə çıxıb. Moldova seçməsi ilə qarşılaşan Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərlik etdiyi yığmamız görüşün əvvəlində qazandığı üstünlüyü oyunun sonuna qədər davam etdirərək, yekunda rəqibini 75-66 hesabı ilə məğlub edib. Qrupdakı bütün rəqiblərinə qalib gələn millimiz adını turnirin yarımfinalına yazdırıb.

Millimizin yarımfinaldakı rəqibi A qrupunda keçiriləcək Albaniya - Andorra cütünün qalibi olacaq. Yarımfinal görüşü 30 iyul Bakı vaxtı ilə saat 21:15-də baş tutacaq.