Avropa çempionatı təxirə salındı
Gənc boksçuların Avropa çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
Sportline.az xəbər verir ki, Avropa Boks İttifaqı aprelin 22-dən mayın 3-dək keçirilməli olan yarışın vaxtını dəyişib.
Yerli Təşkilat Komitəsi və digər müvafiq orqanların hesabatlarını nəzərə alan qurum çempionatın 15 - 27 mayda təşkil olunmasına qərar verib. Lakin koronavirusla bağlı durumu daim nəzarətdə saxlayan təşkilat turnirin vaxtını yenidən dəyişə biləcəyini də istisna etmir.
Qeyd edək ki, Avropa çempionatı Monteneqronun Budva şəhərində təşkil olunmalıdır.