Avropa çempionatında ilk finalçı məlumdur
İngiltərədə qadın futbolçuların Avropa çempionatında ilk finalçı müəyyənləşəib.
Sportline.az xəbər verir ki, ilk yarımfinal oyununda İngiltərə İsveçlə qarşılaşıb.
Şeffilddəki “Bremmel Leyn” stadionunda keçirilən oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər finalçının adına bu gün keçiriləcək Almaniya - Fransa matçında aydınlıq gətiriləcək.