Avropa Kubokundan 1 qızıl, 1 bürünc medal

Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa kuboku turnirinə yekun vurulub. SportLine.az xəbər verir ki, yarışın ikinci günü seçmə komandamız üçün uğurlu alınıb.

Ən yaxşı nəticə isə 90 kq çəki dərəcəsində yarışan Məmmədəli Mehdiyevin aktivindədir. Finala gedən yolda holland Riko Harder, fin Samuli  Vitanen, litvalı Karolis Bauza, polşalı Patrik Çexomskini mqbarizədən kənarlaşdıran Mehdiyev həlledici görüşdə İspaniya təmsilçisi David Ruisi də məğlub edərək Avropa kubokunun qızıl medalına sahib çıxıb.

100+ kq çəki dərəcəsindəki təmsilçimiz Uşanqi Kokauri yarışa Qazaxıstanlı Dauren Nuralinov üzərində təmiz qələbə ilə başlayıb. 1/4 finalda monqolustanlı Temulen Battulqaya uduzan Kokouri təsəlliverici görüşlərə qatılıb. ilk qarşılaşmada fransalı Həmzə Ouçaniyə qalib gəlib Kokauriardınca Ukrayna cüdoçusu Andrey Kolesniki müğlubiyyətə uğradaraq fəxri kürsünün 3-cü pilləsinə qalxıb.