Avropa Liqası: "Qarabağ" "Malmö"yə uduzdu

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində bu gün ikinci matçına çıxacaq.

Azərbaycan çempionu II tur çərçivəsində İsveçin "Malmö" kollektivi ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq.

UEFA Avropa Liqası

Liqa mərhələsi

II tur

3 oktyabr

20:45. "Qarabağ" - "Malmö" (İsveç) 1-2

QOL: Juninyo, 15. Erik Botheym, 20, 47

Baş hakim: Anastasios Papapetru.

Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, komandamız I turda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə məğlub olmuşdu.

"Qarabağ" növbəti oyunu oktyabrın 24-də Bakıda "Ayaks"a qarşı keçirəcək.