Avropa Oyunları: Muay-tay millimiz Vətənə qayıtdı

Polşanın Krakov şəhərində keçirilən Avropa Oyunlarında uğrula çıxış edən muay-tay millimiz vətənə qaydıb.

Sportline.az xəbər verir ki, 4 idmançı ilə yarışa qatılan millimiz 3 bürünc medal qazanıb. Emili Rzayeva, Aysu Devrişova və Xəyal Əliyev 3-cü yerlə kifayətlənib. Onlar hava limanında böyük coşqu ilə qarşılanıblar.

Qeyd edək ki, Avropa Oyunlarına iyulun 3-də yekun vurulacaq.