"Ayaks" "Qarabağ"la oyun üçün Bakıya 24 futbolçu ilə gəlir
Niderlandın "Ayaks" klubu "Qarabağ"a qarşı keçirəcəyi Avropa Liqasının Liqa mərhələsinin III turunun oyunu üçün Bakıya 24 futbolçu ilə gəlir.
Sportline.az xəbər verir ki, bu barədə Amsterdam təsmilçisinin rəsmi saytı məlumat yayıb.
Devi Klassen və Yuri Bas siyahıda yer almayıb.
"Ayaks"ın "Qarabağ"la oyun üçün heyəti: Cey Qorter, Remko Pasveer, Diant Ramay, Devayn Renç, Anton Qoei, Jorrel Hato, Ouen Veyndal, Ahmetcan Kaplan, Daniel Ruqani, Dis Yanse, Yosip Sutalo, Cordan Henderson, Kennet Teylor, Branko van den Boomen, Kian Fitz-Cim, Benjamin Tahiroviç, Brayan Brobbi, Çuba Akpom, Mika Qodts, Bertran Traore, Vaut Veqhorst, Kristian Rasmussen, Yorti Mokio, Ceydon Banel.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.