"Ayntraxt Frankfurt" klubu türkiyəli futbolçu üçün 10 milyon avro ödəyəcək
"Ayntraxt Frankfurt" klubu türkiyəli futbolçu üçün 10 milyon avro ödəyəcək.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki,"Nürnberq" klubunda çıxış edən türkiyəli gənc ulduz Can Uzun 10 milyon avro qarşılığında "Frankfurt" klubuna keçəcək.
Klub rəsmiləri futbolçunun sağlamlıq yoxlanışlarını başa vurduğunu və keçiddə heç bir problem olmadığını deyiblər.
Qeyd edək ki, Can Uzun bu mövsüm çıxdığı 24 oyunda 16 qol, 3 asistlə yadda qalıb.