Azarkeşlər aranı qarışdırdı, həlledici oyun yarımçıq qaldı
Basketbol üzrə Yunanıstan çempionatının final seriyasının 4-cü oyununda qalmaqal yaşanıb.
Sportline.az xəbər verir ki, Afinada keçirilən "Panatinaikos" - "Olimpiakos" görüşü 3-cü hissədə hesab 35:63 olarkən dayandırılıb.
Buna azarkeşlərin aranı qarışdırması səbəb olub.
Hesabdakı böyük fərqi nəzərə alan hakimlər oyunu bərpa etməyə lüzum gösrməyiblər.
Bu görüşədək ümumi hesabda 3-1 irəlidə olan Pirey təmsilçisi ölkə çempionu adını qazanıb.
Qeyd edək ki, bu, "Olimpiakos"un sayca 13-cü çempionluğudur.