Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
Ağırlıqqaldırma üzrə Azərbaycan yığması Moldovanın paytaxtı Kişineuda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında keçiriləcək Avropa birinciliyində iştirak edəcək.
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Sportline.az-a verilən məlumata görə, yarışda 15 yaşlı qızlardan Nuray Əbilova (40 kq), Aytən Əliyeva (59 kq) və Arzu Qədimova (76 kq), oğlanlardan Murad Həsənli (49 kq), Yunis Bayramov (67 kq), İsa Əliyev (73 kq), Hüseyn Heydərov (81 kq) və Muhammədəli Məmmədzadə (96 kq) qüvvəsini sınayacaq.
17 yaşlı oğlanların mübarizəsində isə Amin Osmanov (55 kq), Turan Əliyev (67 kq) və Ravin Alməmmədov (73 kq) medal qazanmağa çalışacaq.
Qeyd edək ki, 1-10 iyulda təşkil olunacaq Avropa birinciliyinə 40-a yaxın ölkədən 416 atlet (196 qız və 220 oğlan) qatılacaq.