Azərbaycan çempionatında növbəti istefa
Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən MOİK-də baş məşqçi istefası reallaşıb.
SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "hərbçilər" Şamil Adilovla yolları ayırıb.
Uzun müddət MOİK-də çalışmış mütəxəssis uğursuz nəticələrə görə işindən ayrılmalı olub. Klub rəhbərliyi komandanın cari mövsüm I diviziondakı nəticələrini qeyri-qənaətbəxş hesab etdiyindən Adilovla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.
Klub rəhbərliyi Şamil Adilova bu müddətdə göstərdiyi xidmətlərə görə təşəkkür edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, yeni baş məşqçinin adı yaxın zamanda açıqlanacaq.