Azərbaycan çempionatında son turun oyunlarının vaxtı

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında əsas mərhələnin sonuncu tur oyunlarının vaxtı dəqiqləşib.

Sportline.az xəbər verir ki, dörd dövrədən və pley-off mərhələsindən ibarət olan çempionatların son turu martın 14-15-də keçiriləcək.

Martın 14-də qadın voleybolçuların Yüksək Liqasının XII turunda “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşacaq.

Martın 15-də kişi voleybolçuların Yüksək Liqasında sonuncu tur çərçivəsində MOİK-lə “Neftçi”, “Xarı bülbül”lə isə “Murov” üz-üzə gələcək.

Qeyd edək ki, dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla üz-üzə gələcək.

Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Yüksək Liqa (qadınlar)

16:00 “Abşeron” - “Murov” (CBC sport-canlı)

18:00 “Azərreyl” - UNEC

Yüksək Liqa (kişilər)

16:00 MOİK - “Neftçi”

18:00 “Xarı bülbül” - “Murov”