Azərbaycan Karate Federasiyaları Assosiasiyası İctimai Birliyinin adı dəyişdirilib
Azərbaycan Karate Federasiyaları Assosiasiyası İctimai Birliyinin adı dəyişdirilib.
Bu barədə Sportline.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Gənclər və İdman Nazirliyinin tələblərinə uyğun olaraq, qurumun adı Azərbaycan Karate Federasiyası (AKF) İctimai Birliyi olub.
Qeyd edək ki, Azərbaycan Karate Federasiyasının prezidenti Milli Məclisin deputatı Ülvi Quliyevdir.