Azərbaycan karateçiləri Avropa çempionatında gümüş və bürünc medallar qazanıb
Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatında Azərbaycan milli komandası 2 medal qazanıb.
Sportline.az xəbər verir ki, Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət kumite üzrə milli komanda gümüş medala sahib olub.
Komanda üzvləri finalda Fransaya uduzublar - 1:3.
Yığma əvvəlki görüşlərində Kosovonu 3:1, Portuqaliyanı 2:0, Yunanıstanı 3:0 hesabı ilə yenmişdi.
Kata millisi isə bürünc medala yiyələnib. İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kollektiv üçüncü yer uğrunda görüşdə Xorvatiyanı üstələyib.