Azərbaycan karateçisi Misirdə fərqləndi
Karate üzrə Azərbaycan milli komandasının üzvü Murad Hacızadə Misirin paytaxtı Qahirədə keçirilən "Karate1 Series A" turnirində gümüş medal qazanıb.
Sportline.az xəbər verir ki, 84 kiloqramdan yuxarı çəkidə yarışan idmançı finaladək Misir, Niderland və Xorvatiyadan olan rəqiblərini xal vermədən yenib. Həlledici görüşdə o, digər yerli karateçiyə uduzaraq gümüş mükafatla kifayətlənib.
Digər təmsilçilərimiz Samir İbrahimov və Məcid Əmirov (hər ikisi -75 kq) turniri medalsız başa vurublar.
Qeyd edək ki, yarışda 70 ölkədən 862 karateçi iştirak edib.