Azərbaycan kubokunun qalibi müəyyənləşir

Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, həlledici görüşdə Yüksək Liqanın bürünc mukafatçısı “Neftçi” İK və Birinci Liqanı 4-cü pillədə başa vuran “Alyans Qrup” komandaları üz-üzə gələcək.

Hər iki komandanın heyətində cəzalı futzalçı var. “Neftçi” İK-dan Nurlan Mehdizadə görüşü kənardan izləyəcək. Buna səbəb onun EKOL-la keçirilmiş yarımfinal matçında qırmızı vərəqə almasıdır. “Alyans Qrup” da isə komandanı finala daşıyan qolun müəllifi Elçin Zeynalov qırmızı vərəqə cəzalısıdır. O, “Forza Neftçi” ilə duelin başa çatmasına 39 saniyə qalmış analoji durumla qarşılaşıb.

Bakı İdman Sarayında saat 14:15-də başlanacaq final oyunu “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku

Final

24 may

Neftçi İK – Alyans Qrup

Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Nahid Xasıyev.

Hakim-inspektor: Murad Məmmədov.

Bakı İdman Sarayı. Saat 14:15.