Azərbaycan millisi 1/4 finalda
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gecə növbəti oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Elşad Quliyevin komandası 1/8 finalda Qazaxıstanla üz-üzə gəlib. "Tipos Arena"dakı qarşılaşma Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.
Azərbaycan yığması 1/4 finalda Çexiya ilə qarşılaşacaq. Çexlər 1/8 finalda Monteneqronu 2:0 hesabı ilə məğlub ediblər.
Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gəlmişdi.