Azərbaycan millisi Avstriyaya yollandı

Futbol üzrə Azərbaycan millisi təlim-məşq toplanışı üçün Avtriyaya yollanıb.

Sportline.az xəbər verir ki, mayın 29-da Bakıda bir araya gələn komanda toplanışı iyunun 10-dək  Avstriyanın Bad-Valtersdorf şəhərində davam etdiriləcək.

Millimiz Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Şəkillər: AFFA-nın mətbuat xidməti