Azərbaycan millisi final oyununa çıxır
Bu gün minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında final oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gələcək.
"Tipos Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib. Komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2), yarımfinalda Serbiyanı (1:1, penaltilər - 3:1) üstələyib.