Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan yığması bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.

Sportline.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası Şimali Makedoniya ilə qarşılaşıb. Matç millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi hazırda qrupda 12 xalla 2-ci, Şimali Makedoniya 6 xalla üçüncü pillədə yer alıb.

9 iyun

Dünya çempionatının seçmə mərhələsi
C Liqası, 3-cü qrup

21:00. Azərbaycan – Şimali Makedoniya - 1:3

Qollar: Kristina Bakarandze, 8, Manə Mollayeva, 28, Nigar Mirzəliyeva, 37 //  Mustafa, 11
"Petar Miloşevski" stadionu, Bitola şəhəri

 

Banner