Azərbaycan millisi yarımfinalda

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda Çexiya ilə qarşılaşıb.

"Tipos Arena"da keçirilən görüş Azərbaycan millisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın qollarını Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurub.

Azərbaycan millisi yarımfinalda Serbiya ilə qarşılaşacaq.

Xatırladaq ki, millimiz 1/8 finalda Qazaxıstan yığmasına qalib gəlib - 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.