Azərbaycan millisində daha iki braziliyalı

Futzal üzrə Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlığı davam etdirir. SportLine.az xəbər verir ki, milli komandanın baş məşqçisi Tino Peres hazırlığa iki yeni futzalçı cəlb edəcək. Bunlar Andre Kampos və Fineodur. Kampos Fransa çempionatında, Fineo isə Braziliya birinciliyində çıxış edir.

Qeyd edək ki, hər iki futzalçı braziliyalıdır.