Azərbaycan seçməsi Avropa çempionatında mübarizəyə başlayır
Bu gün kişi boksçular arasında 43-cü Avropa çempionatına start veriləcək. SportLine.az xəbər verir ki, Ukraynanın Xarkov şəhərində keçiriləcək qitə birinciliyində Azərbaycan millisi 10 idmançı ilə təmsil olunacaq.
İyunun 26-dək davam edəcək yarış millimizin tarixinə 13-cü Avropa çempionatı kimi düşəcək. Belə ki, 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilən analoji yarışdan başlayaraq qitə çempionatlarının daimi iştirakçısına çevrilən komandamız 12 turniri arxada qoyub. Bu müddətdə idmançılarımız 4 qızıl, 6 gümüş və 8 bürünc medal əldə ediblər. 12 çempionatda 18 mükafat qazanan yığmamız son 4 yarışda medalsız qalmayıb.
Yığmamızın Avropa çempionatındakı medalları
İl |
Keçirildiyi yer |
Qızıl |
gümüş |
Bürünc |
1993 |
Bursa (Türkiyə) |
1 |
- |
- |
1996 |
Vejle (Danimarka) |
- |
- |
- |
1998 |
Minsk (Belarus) |
- |
- |
- |
2000 |
Tampere (Finlandiya) |
- |
- |
1 |
2002 |
Perm (Rusiya) |
- |
1 |
- |
2004 |
Pula (Xorvatiya) |
- |
- |
2 |
2006 |
Plovdiv (Bolqarıstan) |
- |
3 |
1 |
2008 |
Liverpul (İngiltərə) |
- |
- |
- |
2010 |
Moskva (Rusiya) |
- |
1 |
- |
2011 |
Ankara (Türkiyə) |
2 |
- |
1 |
2013 |
Minsk (Belarus) |
1 |
1 |
2 |
2015 |
Samokov (Bolqarıstan) |
0 |
0 |
1 |
Cəmi |
|
4 |
6 |
8 |
Yığmamızın 18 medalını 14 boksçu qazanıb. Onlardan 4-ü 2, 10-u isə 1 dəfə fəxri kürsüyə qalxıb. Avropa çempionatının 2 medalına sahib olanlardan biri Elvin Məmişzadə 3-cü uğurunu qazanmağa çalışacaq. Dünya çempionumuz qitə birinciliklərində indiyədək 1 gümüş və 1 bürünc medal əldə edib. Onun kimi Teymur Məmmədov, Salman Əlizadə və Şahin İmranov da 2 dəfə qitənin ən mötəbər yarışından mükafatla dönüb. Teymurun hesabında qızıl və gümüş, Salmanda qızılla bürünc, Şahində isə 2 gümüş medal var. Lakin bu “üçlük”dən heç biri mükafat sayını Xarkovda artıra bilməyəcək. Buna səbəb İmranovun karyerasını bitirməsi, digərlərinin “10-luq”dan kənar qalmasıdır. Əvəzində 2013-cü ildə Minskdə çempionluq yaşayan Məhəmmədrəsul Məcidov növbəti medal uğrunda mübarizə aparacaq.
Əvvəlki Avropa çempionatlarında mükafat qazanmış Məmişzadə və Məcidovla yanaşı, daha 7 boksçumuz beynəlxalq yarışlarda millimizin şərəfini qoruyub. Eldar Quliyev (81 kq) isə əsas komandamızla ilk sınağında gücünü yoxlayacaq.
İl |
Keçirildiyi yer |
Çəki dərəcəsi |
İdmançı |
Medal |
1993 |
Bursa (Türkiyə) |
51 kq |
Rövşən Hüseynov |
Qızıl |
2000 |
Tampere (Finlandiya) |
81 kq |
Əli İsmayılov |
Bürünc |
2002 |
Perm (Rusiya) |
57 kq |
Şahin İmranov |
Gümüş |
2004 |
Pula (Xorvatiya) |
69 kq |
Ruslan Xairov |
Bürünc |
|
|
75 kq |
Cavid Tağıyev |
Bürünc |
2006 |
Plovdiv (Bolqarıstan) |
51 kq |
Samir Məmmədov |
Gümüş |
|
|
57 kq |
Şahin İmranov |
Gümüş |
|
|
75 kq |
Rahib Bəylərov |
Gümüş |
|
|
91 kq |
Elçin Əlizadə |
Bürünc |
2010 |
Moskva (Rusiya) |
48 kq |
Elvin Məmişzadə |
Gümüş |
2011 |
Ankara (Türkiyə) |
49 kq |
Salman Əlizadə |
Qızıl |
|
|
91 kq |
Teymur Məmmədov |
Qızıl |
|
|
64 kq |
Heybətulla Hacəliyev |
Bürünc |
2013 |
Minsk (Belarus) |
+91 kq |
Məhəmmədrəsul Məcidov |
Qızıl |
|
|
91 kq |
Teymur Məmmədov |
Gümüş |
|
|
49 kq |
Salman Əlizadə |
Bürünc |
|
|
52 kq |
Elvin Məmişzadə |
Bürünc |
2015 |
Samokov (Bolqarıstan) |
49 kq |
Rüfət Hüseynov |
Bürünc |
Qeyd edək ki, Avropa çempionatında yığmamızın şərəfini Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaq.
ABF.az